Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Suriyanın şimalındakı “Barış Pınarı” əməliyyatı bölgəsində xüsusi təyinatlılar tərəfindən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“QİA.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Beləliklə, “Barış Pınarı” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin zərərsizləşdirdiyi PKK/YPG terrorçusu sayı 35-ə yüksəlib.