Türkiyə ordusunun ağır yaralanmış hərbçisi şəhid olub

May10,2021 #Türkiyə

Türkiyə ordusunun Hakkari əyalətində bir neçə həftə bundan əvvəl terrorçularla baş vermiş atışma zamanı ağır yaralanan hərbçisi dünyasını ürkitə

Bu barədə “QİA.az” “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, Çukurcada ağır yaralanan çavuş 24 yaşlı Murat Nar müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, o, aprelin 24-də Çukurcada Güvəndağı ərazisində baş verən atışmada ağır xəsarət almışdı. Hərbçi xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlərin bir neçə həftəlik səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

 Murat Nar

Oxşar Xəbərlər