Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

May9,2024

Avropa qitəsində getdikcə artan islamofobiya, ksenofobiya və irqçilik orada yaşayan xalqımızın nümayəndələri və miqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.

QİA.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Günü münasibətilə yayımladığı mesajında yer alıb.

Mesajında bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bildirib ki, Avropa və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilməməyə məhkum olduqca bu dəyərlərə qarşı şübhələr artmaqda davam edəcək. Mövcud geosiyasi konyukturada Avropa İttifaqının (Aİ) geniş Avropa coğrafiyası və Aralıq dənizi hövzəsində əhatəli, əməkdaşlıq çərçivəsində və bərabərhüquqlu siyasət yürütməsi qitəmizin gələcəyi üçün həmişəkindən daha vacib hal alıb.Genişlənmə siyasətinin gücləndiyi bu kritik məqamda Türkiyə ilə Aİ-nin münasibətlərinin əsasını təşkil edən üzvlük danışıqları da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtının çoxdan çatdığını vurğulayan Ərdoğan deyib: “Aİ-nin ölkəmizlə münasibətlərini əhdə vəfa prinsipi çərçivəsində ədalətli və nəticəyönlü yanaşma ilə davam etdirməsi, münasibətlərimizi çıxılmaz vəziyyətə salan siyasət və ifadələrdən çəkinməsi həyati əhəmiyyət kəsb edir. Aİ-nin qlobal güc statusuna da mənfi təsir edən ölkəmizə qarşı tətbiq olunan uzaqlaşdırma siyasəti qarşısında Türkiyə sahib olduğu strateji imkan və qabiliyyətlərindən istifadə etmək, eləcə də onları inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə olaraq gələcəkdə daha firavan, daha həmrəy, daha açıq, ölkəmizin layiq olduğu yeri tutduğu bir Avropa masası üçün birlikdə çalışmağa hazırıq. Bu fikirlərlə başda Türkiyə vətəndaşları olmaqla bütün avropalıları 9 May – Avropa Günü münasibətilə təbrik edirəm”.

Oxşar Xəbərlər