“Gözlərini qırpmadan Vətən üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm”.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə müharibə zamanı Azərbaycanın yanında idi: “Bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq”.
“Necə Çanaqqalada Azərbaycan igidləri bizim yanımızda olub zəfər qazanıblarsa, Nuru Paşa Azərbaycanın yanına gəlibsə, biz də gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədrimiz, azadlığı isə azadlığımızdır”.