Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə keçirdiyi mətbuat konfransında yeni hökumətin tərkibini elan edib.

QİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin 67-ci hökumətində Vitse-prezident vəzifəsi Cevdət Yılmaza həvalə olunub.

Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclər və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar.

Oxşar Xəbərlər