Türkiyə səfiri: “Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir”

Fev6,2021

Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır”.”QİA.AZ”xəbər verir ki,

“Report”un işğaldan azad olunan ərazilərə ezam olunan müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ermənistan tərəfindən dağıdılan Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olandan sonra jurnalistlərə açıqlamasında deyib.“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, – diplomat bildirib.

Oxşar Xəbərlər