Türkiyə sahilləri yaxınlığına 4,0 bal gücündə zəlzələ baş verib.
QİA.AZ-ın məlumatına görə, zəlzələ yerli vaxtla saat 22:46-da qeydə alınıb. Yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonunun sahillərində yerləşib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.