Azərbaycanın qəhrəman ordusu ərazi bütövlüyünü təmin etmək üzrə əməliyyatı böyük uğurla başa vurdu və bu müddət ərzində bizim yerli silahlarımızı da istifadə etdi.
QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar TEİ-TS1400 helikopterləri üçün ilk yerli mühərrikin hazırlanması mərkəzinin açılışında çıxışı zamanı deyib.
H.Akar bildirib: “Türkiyə istehsalı olan silahların effektivliyi Azərbaycanlı qardaşlarımızın Qarabağın işğalçılardan azad edilməsi əməliyyatı zamanı da sübut edildi. Azərbaycanın qəhrəman ordusu ərazi bütövlüyünü bərpa etmək üzrə əməliyyatı böyük uğurla başa çatdırdı, 44 gün ərzində Qarabağı 30 illik erməni işğalından azad etdi. Bizim silah sistemlərimiz bu haqlı işə öz töhfəsini verib. Bu gün bütün dünya bizim silah sistemlərimizin müharibənin gedişatına əsas təsirindən danışır”.