Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Transfermarkt” portalı Türkiyə Superliqasında çıxış edən ən dəyərli futbolçuların və komandaların adlarını açıqlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıya 21 milyon avro ilə “Fənərbağça”nın müdafiəçisi Fərdi Kadıoğlu başçılıq edir. İstanbul klubunun digər üzvü Sebastyan Şimanski (19 milyon avro) ikinci sırada qərarlaşıb. İlk “üçlük”də isə 17 milyon avro ilə “Fənərbağça”dan Fred, “Qalatasaray”dan isə Mauro İkardi, Viktor Nelsson və Davinson Sançes yer alıblar.

Superliqanın ən dəyərli komandası 192 milyon avro ilə “Fənərbağça”dır. “Qalatasaray” ikinci (181 milyon avro), “Beşiktaş” isə (130 milyon avro) üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, “Qalatasaray” 2023-2024-cü illər mövsümünü 102 xalla çempion kimi başa vurub.

Oxşar Xəbərlər