Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin müdafiə naziri Hulusi Akar və onun amerikalı həmkarı Loyd Ostin arasında telefon danışığı olub.

“QİA.az” xəbər verir ki, bu barədə Penatqon məlumat yayıb.

Tərəflər telefon danışığı zamanı ikitərəfli, regional təhlükəsizlik məsələlərini və Əfqanıstanı müzakirə ediblər.

ABŞ-la Türkiyə arasına müdafiə sahəsində mövcud olan münasibətlərinin əhəmiyyətini vurğulayan Loyd Ostin sülh və təhlükəsizlik mövzusunda əməkdaşlığa görə H. Akara təşəkkür edib.

Oxşar Xəbərlər