Türkiyə və Liviya əsgərləri birgə sualtı müdafiə təlimləri keçirirlər

Apr11,2021 #Liviya #Təlim #Türkiyə

Türkiyə Silahlı Qüvvələri Liviya Ordusunun Hərbi Dəniz Qüvvələrinin heyətində sualtı müdafiə təlimlərinə start verib.

“QİA.az”ın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirliyin “twitter” hesabındakı paylaşımda qeyd edilir ki, bu, Liviya ordusuna dəstək xarakteri daşıyır: “Beş yüz illik ortaq tarixə söykənən çoxyönlü münasibətlərimizin olduğu liviyalı qardaşlarımıza dəstək üçün Liviya Ordusuna keçirdiyimiz təlimlər davam etməkdədir”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər