Türkiyə və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Mar25,2021

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

QİA.AZ xəbər verir ki, bu barədə H.Akar media nümayəndələrinə açıqlamasında deyib.

Bildirilib ki, danışıq əsnasında Suriyadakı qanun pozuntuları müzakirə edilib. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib. Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib.

Bundan əlavə, H.Akar açıqlamasında bu il martın 1-dən indiyədək, əsasən Suriyanın şimalında 200-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

Oxşar Xəbərlər