Türkiyə XİN-ə yeni sözçü təyin edilib

Türkiyənin Xarici İşlər Nazirliyində yeni kadr təyinatı olub.

“QİA.az” xəbər verir ki, diplomat Tanju Bilgiç qardaş ölkənin XİN-in İnformasiya idarəsinin müdiri – Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini – Nazirliyin sözçüsü olub.

2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Oxşar Xəbərlər