Türkiyə müdafiə sənayesi sahəsində daha bir yeniliyə imza atıb.
Qeyd olunur ki, pilotun dronu gözünün qarşısında imiş kimi hiss etməsinə imkan verən “AZAT FPV” (First Person View) kamikadze dronu istismara hazırlanır.
Təxminən 20 dəqiqə havada qala bilən “AZAT FPV” dronu 2,5 kilometr məsafədən idarə oluna bilər.
“AZAT FPV” dronu Qətərin paytaxtı Dohada keçiriləcək müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Bundan əlavə, qeyd olunur ki, “AZAT FPV” dronunun üç fərqli ölçüdə, iki növü var. Kamikadze dronun çəkisi iki kiloqramdır.