Türkiyə yeni PUA-nı uğurla sınaqdan keçirib

May19,2021

Türkiyə “AKINCI S-1” adlı yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu keçirib.

QİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, uçuş uğurlu olub.

S.Bayraktar “AKINCI S-1”in kütləvi istehsalına başlandığını bildirib.

Qeyd edək ki, yeni PUA-nı “Baykar makina” şirkəti istehsal edəcək.

Oxşar Xəbərlər