Türkiyədə 214 meşə yanğınından 202-si lokallaşdırılıb – Ərdoğan

Avq7,2021

Yanğınsöndürənlər Türkiyənin 46 vilayətində baş verən 214 meşə yanğınından 202-ni nəzarətə götürməyi bacarıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə “Twitter” səhifəsində Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildiri

Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 18 amfibiya təyyarəsi, 850 su çiləyən və su daşıyan maşın, 57 helikopter, 150 ekskavator, 9 pilotsuz uçuş aparatı və 5250 ixtisaslaşdırılmış xidmətlərin işçiləri cəlb edilib.

Ərdoğan özəl şirkətlər və qeyri-hökumət təşkilatları vasitəsi ilə xaricdən Türkiyəyə dörd təyyarə və bir helikopter gətirildiyini də qeyd edib:

“Quru və hava vasitələrinin sayını daim artıraraq meşə yanğınlarının söndürülməsi üçün intensiv səylərimizi davam etdiririk”.

Oxşar Xəbərlər