Türkiyədə 41,5 minədək insanda koronavirusun Britaniya ştammı aşkar olunub

Mar11,2021 #covid-19 #koronavirus
covid-19

Türkiyədə indiyədək 41 mindən çox insanda koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınıb.

“QİA.az” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Bu günə qədər 76 əyalətdə 41 488 Britaniya ştammına yoluxma, doqquz əyalətdə 61 CAR ştammına yoluxma, bir əyalətdə isə Kaliforniya-Nyu-York ştammına yoluxma və daha bir Braziliya ştammına yoluxma barədə məlumat verilib”, – deyə nazir özünün “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, yanvar ayının sonunda Türkiyənin 17 şəhərində koronavirusun Britaniya ştammına yoluxma faktının qeydə alındığı, mutasiyaya uğramış virusun aşkar edildiyi insanların sayının 128-ə çatdığı bildirilmişdi.

Oxşar Xəbərlər