Türkiyənin Muğla əyalətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ olub.
“QİA.az” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi yayıb.
Yeraltı təkanların episentiri Datçadan 33,49 km aralıda yerləşib.
Zəlzələnin ocağı 7,17 km dərinlikdə olub.