Türkiyədə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var  

May15,2021

Türkiyədə ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

“QİA.az” xəbər verir ki, hadisə Ankarada qeydə alınıb.

Haymana rayonunda qoşqulu traktorun aşması nəticəsində 2-i uşaq olmaqla, 4 nəfər həyatını itirib, daha 18 nəfər isə yaralanıb.

Qəzadan sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən Dilay Koyuncu (1 yaş), Belinay Tan (9 yaş), İlknur Akyüz (16 yaş) və Necmiye Tan (70 yaş) ilkin tibbi müdaxiləyə baxmayaraq, həyatlarını itiriblər.

Yaralıların müalicəsi Haymana Dövlət Xəstəxanasında davam etdirilir.

Oxşar Xəbərlər