Türkiyədə avtosistern partladı: Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan avtosistern partlayıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

İlkin ehtimallara görə, partlayışa səbəb maşında aparılan qaynaq işləri olub. Bundan sonra yanğın başlayıb.

Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğını söndürmək mümkün olub. Faktla bağlı istintaq başladılıb.

Oxşar Xəbərlər