Türkiyədə Çin vaksininin tətbiqinə icazə verilib

Türkiyədə Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininin tətbiqinə icazə verilib.

QİA.AZ NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.

F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Oxşar Xəbərlər