Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Bingöl vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 21:28-də qeydə alınıb. Zəlzələnin episentri Kiğı rayonunda olub. Təkanların ocağı 15,51 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Tunceli, Erzincan, Bitlis, Elyazığ, Muş, Diyarbəkir və Malatya vilayətlərində də hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Oxşar Xəbərlər