Türkiyədə hərbi bazaya hücum olub, ölən və yaralanan var

İyn10,2021

Türkiyənin Siirt şəhərinin Pervari rayonunda PKK terror qruplaşmasının hərbi hissəyə uzun çaplı silahlarla atəş açması nəticəsində bir kənd qoruyucusu həlak olub, biri isə yaralanıb.

“QİA.az” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Siirt valiliyi məlumat yayıb.

Hadisə Pervari rayon Jandamr Komandanlığının nəzarəti altında olan Doğan kəndində yerləşən Dəyirmandaş hərbi bazasında baş verib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Oxşar Xəbərlər