Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər həlak olub

Mar4,2021

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

QİA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.

Oxşar Xəbərlər