Türkiyədə ilk orta idman məktəbləri açılır

Türkiyənin Milli Təhsil Nazirliyi ölkədə ilk orta ümumtəhsil idman məktəblərinin açılışına hazırlaşır.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məktəblərə şagirdlərin qəbulu test normativlərinin verilməsi əsasında 5-ci sinifdən başlayaraq həyata keçiriləcək.

Məktəblər artıq 2024/25 tədris ilində fəaliyyətə başlayacaq. Tədris proqramında ənənəvi fənlərin öyrənilməsi ilə yanaşı bədən tərbiyəsi və idman dərslərinə də önəm veriləcək.

Layihə ilkin olaraq pilot rejimdə həyata keçiriləcək və həyatlarını idman dünyasına bağlamaq istəyən uşaqlara dəstək olmaq üçün nəzərdə tutulub.

İlk illərdə orta ixtisas idman məktəbləri idman liseylərinin nəzdində fəaliyyət göstərəcək.

Bundan əvvəl Türkiyə Milli Təhsil Nazirliyi ilk ibtidai və orta ixtisas musiqi və incəsənət məktəblərinin açılışını da anons edib.

Oxşar Xəbərlər