Türkiyədə yanvarın 4-nə qədər koronavirusla mübarizə çərçivəsində komendant saatı qüvvəyə minib.
QİA.AZ-ın məlumatına görə, dekabrın 14-ü ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan komendant saatı 31 dekabr yerli vaxtla saat 21:00-dan yanvarın 4-ü səhər saat 05:00-a qədər tətbiq edilib.
Qeyd edək ki, Yeni il bayramı günlərində Türkiyədə komendant saatının tətbiq edilməsi barədə qərar ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilmişdi.