Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 116 nəfər dünyasını dəyişib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 820 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 3 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 425 628 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 361 655 nəfər təşkil edir.