Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 129 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 690 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 513 656 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 821 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 414 141 nəfər təşkil edir.

Oxşar Xəbərlər