Türkiyədə koronavirusdan sağalanların sayı 427 mini keçib

Dek5,2020

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 196 nəfər dünyasını dəyişib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 705 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 128 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 533 198 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 100 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 427 242 nəfər təşkil edir.

Oxşar Xəbərlər