Son vaxtlar Türkiyə ərazisində havanın mövsümün normasından yüksək olan temperaturunun artmaqda davam edəcəyi proqnozlaşdırılır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, hidrometeoroloqların hesablamalarına görə, qarşıdan gələn bir həftə ərzində ölkənin əksər bölgələrində havanın temperaturu normadan 3-8 dərəcə yüksək olacaq. Mütəxəssislər xüsusilə Mərmərə, Egey, Aralıq dənizləri və Qara dənizin sahilyanı ərazilərində temperaturun 4-8, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində isə 3-5 dərəcə yüksələcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bəzi vilayətlərdə isə temperaturun 45 dərəcəyədək artacağı gözlənilir.