Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

May4,2024

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpozium keçiriləcək.

QİA.az AZƏRTAC-a istinad ilə bildirir ki, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev tədbirdə iştirak üçün mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.Tədbir Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Toplantıda mövzu ilə bağlı tarixi faktlardan danışılacaq, həqiqətləri əks etdirən sənədlər təqdim olunacaq, doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə toxunulacaq.

Oxşar Xəbərlər