Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarında iştirak etməkdə şübhəli bilinən yeddi nəfəri saxlayıb.
QİA.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verib.
Hazırda beş vilayətdə – İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter, 11 təyyarə və 366 quru qüvvəsi iştirak edir.