Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 179 nəfər dünyasını dəyişib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 892 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 42 308 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 400 296 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 24 419 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 059 462 nəfər təşkil edir.