Türkiyədə son sutkada koronavirusdan 8 908 nəfər sağalıb

Yan5,2021

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 194 nəfər dünyasını dəyişib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 21 879 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 14 494 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 270 101 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 908 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 155 338 nəfər təşkil edir.

Oxşar Xəbərlər