Türkiyədə tələbələri daşıyan avtobus aşdı – 2 ölü, 27 yaralı

Mar10,2021 #Avtobus #Batman #Türkiyə
Batman

Türkiyənin Batman şəhərinin Sason rayonunda tələbələrlə tekstil fabriki işçilərini daşıyan avtobus 300 metrlik uçurumdan aşıb.

“QİA.az” “Hürriyet”ə istinadən xəbər verir ki, səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər həyatını itirib, 5-i ağır vəziyyətdə olmaqla 27 nəfər yaralanıb. Həlak olan iki nəfərin qardaş və tələbə olduqları müəyyən olunub.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub. Yaralıların hamısı xəstaxanaya yerləşdirilib.

Oxşar Xəbərlər