Türkiyədə terrorçular bir neçə mülki şəxsi qətlə yetiriblər

Türkiyədə terrorçular bir neçə mülki şəxsi qətlə yetiriblər

Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər.

Bu barədə “QİA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb. Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi öz növbəsində Hakkari-Semdinli sərhədyanı ərazidə 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirlikdən bildirilib ki, zərərsizləşdirilənlər işçilərə hücum edən terrorçular olub.

Oxşar Xəbərlər