Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır

Türkiyədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sərt qapanma rejiminə bəzi yumşalmalar edilib.

QİA.AZ-ın məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi müvafiq qərar verib.

Qərara əsasən, mayın 17-dən etibarən virusa qarşı vaksinin hər iki dozasını qəbul etmiş 65 yaşdan yuxarı şəxslər açıq havaya çıxa biləcək.

Bundan başqa, 18 yaşdan aşağı şəxslər üçün də küçəyə çıxmaq qadağası götürülür.

Digər vətəndaşlar üçün isə həftə içi saat 21:00 – 05:00 arasında və həftəsonu günlərində cümə saat 21:00-dan başlayaraq bazar ertəsi saat 05:00-dək küçəyə çıxmaq qadağası qüvvədə qalır.

Oxşar Xəbərlər