Türkiyədə yanğın olan meşələrdə ovçuluq qadağan olunur

Avq12,2021

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ölkədə davam edən bütün meşə yanğınlarının nəzarət altına alındığını bildirib.

QİA.AZ “Anadolu”ya istinadən xəbər verir ki, nazir yanğından zərər görmüş Antalya və Muğla bölgələrində meşələrin 2021 və 2022-ci il ov mövsümləri üçün qapalı olacağını söyləyib.

“Bütün yanğınları nəzarət altına almışıq. Əziz millətimizlə meşələr üçün tək ürək olduq. İndi həyatın normal axarına qayıtmaq lazımdır”, – B.Pakdemirli əlavə edib.

Qara dəniz bölgəsindəki sel fəlakətinə toxunan nazir Bartın, Kastamonu və Sinop şəhərlərində leysan riskinin qaldığını vurğulayıb.

Oxşar Xəbərlər