Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 102-yə çatdı

Noy3,2020
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 102-yə çatdı

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 102-yə, yaralananların sayı isə 994-ə yüksəlib.

“QİA.AZ” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.

Oxşar Xəbərlər