Türkiyədə zəlzələ olub

Fev8,2021
Türkiyədə zəlzələ olub

Türkiyənin Sivas bölgəsində 4,4 bal gücündə zəlzələ olub.

“QİA.AZ” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Kandilli Rəsədxanası yayıb.

Bildirilib ki, yeraltı təkanlar Sivasın Gemerek rayonunda 16,68 km dərinlikdə baş verib.

Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Oxşar Xəbərlər