Türkiyədə 3,8 bal gücündə zəlzələ olub.
Bu barədə “QİA.AZ” ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bildirir.
Zəlzələ Sivasda yerli vaxtla saat 01:42-də (Bakı vaxtı ilə saat 02:42-də-red.) qeydə alınıb. Yeraltı təkanların ocağı 6,98 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.