Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb.
QİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer açıqlama verib. O, zəlzələ qurbanlarının sayının 50 min 96 nəfərə, yaralıların sayının isə 107 min 204 nəfərə çatdığını açıqlayıb.
Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə 11 vilayəti əhatə edən güclü zəlzələ baş verib.