Türkiyədəki Azərbaycan diaspor təşkilatları və KİV-lər Oxçuçayda törədilən ekoterrora etiraz edirlər

İyl5,2021

Türkiyədə fəaliyyət göstərən 75 diaspor təşkilatı və kütləvi informasiya vasitələri (KİV) Ermənistan və Almaniya şirkətlərinin Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən QİA.AZ-a verilən məlumata görə, bəyanatda yaranmış vəziyyət açıq-aşkar ekoterror fəaliyyəti kimi qiymətləndirilib: “Qonşu ölkələr unutmamalıdır ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür. Nəticədə çaydakı çirklilik səviyyəsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa zəhərləyici təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir”.

Bəyanat müəllifləri Almaniyanın “Cronimet” şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb edib: “Təbii ehtiyatların, eləcə də mədən məhsullarının istismarı ilə məşğul olan bütün şirkətlər, dünyanın hansı ölkəsində fəaliyyət göstərmələrindən asılı olmayaraq, ekoloji təmizliyin qorunması ilə bağlı beynəlxalq konvensiyaların şərtlərinə əməl etməyə borcludur. Birmənalı olaraq ifadə edirik ki, Oxçuçayın məhv edilməsi ekoloji terror aktıdır və buna görə Ermənistan hökuməti ilə Almaniyanın “Cronimet” şirkəti beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar”.

Yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyinə diqqəti cəlb edən bəyanat müəllifləri beynəlxalq təşkilatları Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırıblar.

Türk və ingilis dillərində beynəlxalq təşkilatlara, o cümlədən “Cronimet” şirkətinin Almaniyadakı baş ofisinə və İstanbul şəhərindəki nümayəndəliyinə göndərilən bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi
Hatay Azərbaycan Evi
Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi
Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi
İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi
Azərbaycan Təhsil və Kültür Dərnəyi
Eskişəhər Azərbaycanlılar Dərnəyi
Gənc Azərbaycanlılar Dərnəyi
Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi
Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
Türkiyə Azərbaycan Dərnəyi
Iğdır Azərbaycan Evi
Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi
İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
Çağdaş Azərbaycan Kültür Dərnəyi
Ədirnə Azərbaycan Evi Dərnəyi
Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
Azərbaycanlı Həkimlər Dərnəyi
İstanbul-Azərbaycan Dostluq Dərnəyi
“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi
Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi
Anka – Azərbaycan Rəqs və Sənət Klubu
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi
Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi
İstanbul Azərbaycan Kültür Evi
İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi
Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi
Balıkesir Azərbaycan Evi Dərnəyi
“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi
“Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
Azərbaycan Gənclərinin İstanbul Hərəkatı
İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu
Düzce Üniversitesi Türk Dünyası Topluluğu
Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu
Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi
Konya Azərbaycanlı Tələbələr Birliyi
Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu
Manisa Azərbaycanlı Tələbələr Birliyi
Kayseri Azərbaycanlı Tələbələr Birliyi
Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
Azərbaycan Kipr Dostluq Cəmiyyəti
Azərbaycan – Kipr Gənclər Təşkilatı
Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi
Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi
“Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”
Qars Azərbaycan Evi Dərnəyi
İğdır Vakfı
Azərbaycan Çanaqqala Dərnəyi
“Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”
”Azərbaycan Deyincə” Dərnəyi
AzArt – Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu
Alanya Azərbaycanlılar Dərnəyi
Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi
Azərbaycan Kültür Mərkəzi Dərnəyi
Türkiyə Anadolu Aydınlar Ocağı
Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu
Türk Kültür Platformu
“Yeşil İğdır” qəzeti
Kars Hüryurt Gazetesi

Oxşar Xəbərlər