Media nümayəndələrinin Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.
“QİA.AZ” xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş Türkiyədən alınan mexaniki mina təmizləmə texnikası nümayiş etdirilib.
Bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb. Hərbi texnikanın dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün müvafiq kurslar təşkil edilib. Bu gün isə texnikanın poliqonda real şəraitdə minatamizləmə fəaliyyəti icra olunub. Daha sonra isə kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara beynəlxalq sertifikatlar təqdim olunub.
Texnika qısa zamanda işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə qatılacaq.