2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 24,127 milyon dollar təşkil edib.
Bu barədə QİA.AZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Mart ayında polad ixracı 2020-ci illə müqayisədə 1 faiz artaraq 7,954 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 22,5 faiz artıb və 3,813 milyard dollara bərabər olub.
Qeyd edək ki, son 12 ay ərzində (mart 2020 – mart 2021) Türkiyənin polad ixracı 13,313 milyard dollara bərabər olub.