Türkiyədən Azərbaycana polad ixracı artıb

2021-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 48,195 milyon dollar təşkil edib.

Bu barədə QİAZ.AZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında polad ixracı 2020-ci ilin eyni ayı ilə müqayisədə 2,2 faiz artaraq 9,388 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 54,9 faiz artıb və 9,208 milyard dollar olub.

Qeyd edək ki, son 12 ay ərzində (iyun 2020 – iyun 2021) Türkiyə 15,868 milyard dollarlıq polad ixrac edib.

Oxşar Xəbərlər