Türkiyədən humanitar yardım aparan gəmi Sudana çatıb

İyulun 13-də Türkiyənin Mersin limanından 2 408 ton humanitar yardımla yola düşən gəmi Sudan sahillərinə çatıb.

QİA.az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, AFAD xətti ilə formalaşdırılmış yardım yükünə ərzaq məhsulları, geyim, gigiyenik vasitələr, dərman preparatları və tibbi ləvazimat daxildir.

“Sardes” gəmisini Türkiyənin Xartumdakı səfirliyinin, Sudan Qızıl Aypara Cəmiyyətinin təmsilçiləri və hökumət nümayəndələri qarşılayıblar.

AFAD daxili münaqişənin davam etdiyi, əhalinin isə quraqlıqdan əziyyət çəkdiyi Sudan sakinlərinə bundan sonra da dəstək göstərilməsinə hazır olduğunu vurğulayıb.

Oxşar Xəbərlər