Türkiyəli güləşçi erməniyə qalib gələrək Avropa çempionumuza rəqib olub

Apr23,2021

Türkiyənin yunan-Roma güləşçisi Yunus Emre Başar Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında 1/8 final görüşünə çıxıb.

“QİA.az”ın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı Ermənistan təmsilçisi Varujan Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Başar vaxtından əvvəl qələbə qazanaraq, 1/4 finala adlayıb.

Türkiyəli güləşçi bu raundda Azərbaycan təmsilçisi, 2020-ci ilin Avropa çempionu Sənan Süleymanovla qarşılaşacaq. Süleymanov 1/8 finalda Harri Latvala (Finlandiya) 9:0 hesabı ilə qalib gəlib.

Oxşar Xəbərlər