Türkiyəli siyasətçilər Baydenin bəyanatını qətiyyətlə pisləyib

Apr24,2021

Türkiyəli siyasətçilər ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətdiyi bəyanatını qətiyyətlə pisləyib.

QİA.AZ-ın məlumatına görə, Türkiyənin ticarət naziri Mehmet Muş öz “Twitter” səhifəsində yazıb ki, ABŞ prezidentinin heç bir fakta əsaslanmayan sözləri Türkiyə-ABŞ münasibətlərinə zərər vurmaq cəhdidir.

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu açıqlamanıb yeganə dayağı populizmdir: “Tariximiz barədə heç kimdən dərs alan deyilik. Yeganə dayağı populizm olan bu açıqlamanı tamamilə rədd edirik”.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirib ki, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir:

“Siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz. Əslində, prezidentimiz Rəcəb Tayyib Ərdoğan, 1915 hadisələrini araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edəndə, tarixi bir mövzunu siyasət və pis niyyətli dairələrin kölgəsindən qurtarmaq istədi. Həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdı”.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuz öz növbəsində qeyd edib ki, tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz: “Bizim şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb!”

AKP-nin mətbuat katibi Ömər Çelik ABŞ prezidenti Co Baydenin heç bir tarixi və hüquqi əsası olmayan açıqlmalarını qətiyyətlə pislədiklərini bildirib.

Oxşar Xəbərlər