Türkiyə dənizçilik tarixində ilk üzən LNG saxlanması və qazlaşdırılması gəmisi-“ Ertuğrul Qazi” ölkəyə çatıb.
“QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“Gəmi Hatayda BOTAŞ Dörtyol Terminalında yerləşdirildi. Test prosedurlarından sonra istismara veriləcək gəmimiz, ölkəmizin təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək”, – deyə nazir bildirib.
Qeyd edək ki, gəmi ötən il Cənubi Koreyada inşa edilib və gündəlik qazlaşdırma gücü 28 milyon kubmetr olan “ Ertuğrul Qazi” dünyanın ən yüksək tutumlu gəmilərindəndir. Onun uzunluğu 295 metr, eni 46 metr, hündürlüyü 63 metrdir. Gəminin LNG saxlama tutumu 170 min kubmetrdir.